Modern.az

Emin Milli Eynulla Fətullayevi təhqir etdi, o isə hədələdi: “Səni yerin dibindən də olsa tapacam” - QALMAQAL

Emin Milli Eynulla Fətullayevi təhqir etdi, o isə hədələdi: “Səni yerin dibindən də olsa tapacam” - QALMAQAL

29 İyul 2013, 08:17


“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl və “Meydan” TV-nin rəhbəri, keçmiş məhbus Emin Milli ilə “haqqin.az” və “virtualaz.org” saytlarının rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayev arasında qarşılıqlı təhqirlərlə müşayiət olunan qalmaqal düşüb. Adları çəkilən şəxslər Facebook sosial şəbəkəsində bir-birlərinin ünvanına təhqiramiz status paylaşıblar.

Modern.az saytı xəbər verir ki, keçmiş məhbus, hazırda Almaniyadan yayımlanan "Meydan" TV-nin rəhbəri Emin Milli “Eynullanın aqibəti” başlıqlı statusunda E.Fətullayevi iyrənc işlərlə məşğul olmaqda günahlandırıb, təhqir edib:
”Hərdən düşünürəm ki, bir insanı nə ilə qorxuzmalıdırlar ki, o belə iyrənc işlərlə məşğul olsun. Ola bilər ki, onu həbsdə ... və qorxuzublar ki, onların dediklərini etməsə, onun bu görüntülərini yaya bilərlər. Ona görə Eynullaya əsəbiləşmək lazım deyil”.

Daha sonra E.Milli “özümüzü bu iyrənclikdən qorumalıyıq. Eynulla Fətullayevlə Facebook-da dost olmaq iyrəncdir. Belələri olsa mənim dost siyahımda onları siləcəm. Ona intervyü verən, onunla danışan insan sadəcə özünə hörmət eləmir. Onun yaratdığı saytlar da iyrəncdir. Onları oxuyub yayanları da dost siyahımdan siləcəm. Məndən intervyü almadığı halda bu insan mənim adımdan yalanlar yayır. İnsanların intim həyatına girir, nakişilik edir.
Mənim Eynullaya yazığım gəlir. İstəməzdim ki, kimsə onun aqibətini yaşasın”-deyə Emin Milli E.Fətullayevi günahlandırıb.

Eynulla Fətullayev də eyni tonda ona cavab yazıb: “Binamus, bir balaca qeyrətin varsa, yaz gəlim görüşək. Gözləyirəm, anlayıram Bakıya gəlməyə cürətin çatmır, it kimi qorxursan, amma zəng elə gəlim söhbətimizi çözək. Onsuz da səni yerin dibindən də olsa tapacam. Bu sözleri sənə yedizdirəcəm”.
E.Fətullayev növbəti cavabında Emin Millini həbsxanada olarkən qorxaqlıq nümayiş etdirməkdə suçlayıb:
” İlham Əliyevə tərcüməçilik edib, hakimiyyətin pullarını atan sən, türmədə vəkil Elton Quliyevin qabağında ağlayan sən, hökumətdən əfv diləyən sən...”.

Eynulla Fətullayev Emin Milliyə ünvanladığı növbəti mesajında bildirib: “Hər şeydən öncə biz kişiyik. Mən bu təhqiri yeməyəcəm. Emin Milliyə yazdım indi - birincisi kişi məktub vasitəsilə söyüş söyməz. Üzə deyər. İkincisi, yazdım ki, bilirım Bakıya dönməkdən it kimi qorxursan. İstənilən şəhərin adını yaz – gəim kişi kimi təkbətək söhbətimizi çözək. Amma yazmasa və gəlməsə, burdan deyirəm, istenilən yerdə Emin Millini tapıb onu cəzalandıracam...”

Yenidən E.Fətullayevə cavab yazan E.Milli qarşı tərəfdən deyilən ittihamları - 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılarkən həyət süpürdüyünü, prezidentə əfv məktubu ilə müraciət etdiyini rədd edib
”Bunu etsəydim də belə. burda bir problem görməzdim. İnsan Eynulla kimi çox sına bilər içəridə və bundan heç kim sığortalanmayıb. Bu insan sadəcə yazıqdır. Ona qəzəblənmək olmaz.
Amma bunlar bilmirlər ki, mən 14-cü zonda heç vaxt olmamışam, heç bir əfv məktubu imzalamamışam. Daha bir yalanlarının üstü açıldı.
Kriminal aləmdə belə yalanlara görə adamın başına çox işlər gələ bilər, çox sular tökülə bilər. Bunlara bu qədər pul verilir, amma oynamaqlarına bax. Özlərini tam buraxıblar. Bura sizin üçün AzTV və Eynulla saytları deyil, burda yalan iki dəqiqəyə aşkar olunur və ifşa edilir, bura Facebook-dur”.

”Azadlıq” radiosunun əməkdaşı, jurnalist Xədisə İsmayıl da Emin Milliyə dəstək verib və fikirlərini Facebook-da bu cür bildirib: “Eynulla Fətullayev daha bir biabırçılığa imza atdı. Tirajlamayacam. Amma onun azərbaycanca və rusca yaratdığı saytların hansı məqsədə xidmət etdiyini anlamayan varmı hələ? Bu saytları oxuyanın, onlara müsahibə verənin də ağlı və niyyətləri mənim üçün şübhəlidir. Qərarınızı verin, məncə”.

E.Fətullayev isə Xədicə İsmayıa yazdığı cavabda qeyd edib: “Mətbuat azadlığının carçısının mövqeyinə bir bax. Daha sənin YAP-dan nə fərqin var? İkincisi istəyirsən lap dombalaq aş, xalq məni oxuyacaq. Çünki sən və sənin kimi savadsız, yalnız kompromatlarla işləyən jurnalist oxuculara informativ, analitik və səviyyəli yazılar təqdim etməkdə acizsən...”.

Onu da qeyd edək ki, bu statuslara şərh yazan Facebook istifadəçiləri də iki yerə bölünüb: Emin Milli ilə Xədicə İsmayılın tərəfdarları və Eynulla Fətullayevi müdafiə edənlər. Şərhlərdə də tərəflərin ünvanına kəskin ittihamlar, təhqirlər yazılıb.

Xatırladaq ki, qalmaqala səbəb jurnalist X.İsmayıl barədə intim görüntülərin yer aldığı növbəti videonun yayılmasıdır. E.Milli və X.İsmayıl bu işdə E.Fətullayevdən şübhələnirlər.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər