Modern.az

Zelenski İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Zelenski İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

19 İyul 2023, 20:17

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Madərn.az xəbər verir ki, bu haqda Ukrayna lideri "Twitter" hesabında paylaşım edib.

 

“Mən Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın ehtiyacı olan enerji avadanlıqlarının alınmasına yardımın ayrılması qərarına görə minnətdaram. Dost Azərbaycanın bu dəstəyi təcavüzkarın ardıcıl hücumları qarşısında Ukrayna enerji kompleksinin davamlılığını təmin etmək üçün vacibdir. Biz Ukraynanın enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik”, - deyə Zelenski vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...