Modern.az

16 yaşlı oğlan Kürdə boğuldu

16 yaşlı oğlan Kürdə boğuldu

Hadisə

9 Avqust 2023, 10:16

Avqustun 8-də Sabirabad Rayon Polis Şöbəsinə və Qaragüney Polis Bölməsinə rayonun Muğan Gəncəli kənd sakini, 2007-ci il təvəllüdlü R.Məlikzadənin itkin düşməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov məlumat verib.

 

Məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən axtarış tədbirləri nəticəsində R.Məlikzadənin meyiti bu gün səhər saatlarında Kür çayının Muğan Gəncəli kəndi ərazisindən keçən sahilindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə