Modern.az

İrandakı Səudiyyə Ərəbistanı səfirliyi yenidən açıldı

İrandakı Səudiyyə Ərəbistanı səfirliyi yenidən açıldı

Dünya

9 Avqust 2023, 15:46

İrandakı Səudiyyə Ərəbistanı səfirliyi 3 gün əvvəl işini bərpa edib.

 

Modern.az xəbər verir ki, bu barədə İran mətbuatı XİN-dəki mənbəyə istinadən yazıb.

 

“Səudiyyə Ərəbistanı səfirliyi avqustun 6-da İran paytaxtında öz işini rəsmən bərpa edib”, - İran Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

 

Xatırladaq ki, martın 10-da Pekində İran və Səudiyyə Ərəbistanı arasında keçirilən görüşdə tərəflər diplomatik münasibətləri bərpa etmək və səfirliklərini açmaq barədə razılığa gəlmişdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!