Modern.az

İlham Əliyev Putinə BAŞSAĞLIĞI VERDİ

İlham Əliyev Putinə BAŞSAĞLIĞI VERDİ

Ölkə

15 Avqust 2023, 12:05

Azərbaycan Prezidenti Vladimir Putinə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığında deyilir:

 

"Hörmətli Vladimir Vladimiroviç,

 

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim.

 

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat