Modern.az

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

31 Avqust 2023, 18:10

Bakıda yaşayış binasında yanğın olub.

 

Modern.az xəbər verir ki, bu barədə Fövəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd elektrik sayğacı yanıb.

 

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə