Modern.az

Helsinki Azərbaycan Evindəki həftəsonu məktəbində dərslərə start verildi

Helsinki Azərbaycan Evindəki həftəsonu məktəbində dərslərə start verildi

6 Sentyabr 2023, 08:46

Finlandiyanın paytaxtı Helsinkidə yerləşən Azərbaycan Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbində yeni tədris ili başlayıb.

 

Bu barədə Modern.az Diaspora üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Qeyd olunub ki, Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova bildirib ki, ilk dərs günündə uşaqlara I-IX siniflər üçün hazırlanmış və 2023 – 2024-cü tədris ilini əhatə edən məktəbli kitabçası təqdim edilib.

 

Bununla yanaşı, uşaqlara rəsm dərsi keçirilib. Qeyd edək ki, məktəbdə Azərbaycan dili, musiqi və rəsm fənləri tədris olunur.

Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...