Modern.az

“Kreml bilir, Paşinyan liderlərin toplantısına niyə gəlmədi” - Putinin köməkçisi

“Kreml bilir, Paşinyan liderlərin toplantısına niyə gəlmədi” - Putinin köməkçisi

Aktual

12 Oktyabr 2023, 09:58

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Qırğızıstanda keçirilən MDB sammitində iştirak etməməsinin səbəblərindən xəbərdardır.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “RİA Novosti”yə bildirib.

Oktyabrın 13-də Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Burada Rusiya Federasiyası, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak edəcəklər.

"Ermənistanın baş naziri Paşinyan müəyyən şərtlərə görə iştirak etməyəcək", - Uşakov jurnalistlərə deyib.

Onun iştirak etməməsinin səbəbləri barədə Kremlin xəbəri olub-olmaması ilə bağlı suala Rusiya prezidentinin köməkçisi belə cavab verib: “Biz bilirik, amma yəqin ki, bunu özü izah edəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat