Modern.az

Gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat XƏRCLƏNƏCƏK

Gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manat XƏRCLƏNƏCƏK

Qarabağ

14 Oktyabr 2023, 11:42

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3 milyard 825 milyon manatı və yaxud 10,4 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

 

Modern.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3 % azdır.

 

Qarabağ və Şərqi Zəngəzura xərcləmələr iqtisadi fəaliyyət xərclərinin 49,1 %-ni təşkil edəcək.

 

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi