Modern.az

Qarabağdakı sülhməramlıların məşhur postu bağlandı - VİDEO

Qarabağdakı sülhməramlıların məşhur postu bağlandı - VİDEO

Qarabağ

18 Oktyabr 2023, 10:16

Rusiya sülhməramlılarının Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində quraşdırılan postu ləğv edilib.

 

Modern.az xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Görüntülərdə postda ucaldılan Rusiya bayrağının sülhməramlılar tərəfindən endirildiyi də öz əksini tapıb.

 

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-dan Əsgəran, Ağdərə, Xocavənd və Şuşa  rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə məntəqəsi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

 

Həmin videonu təqdim edirik:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat