Modern.az

Gimnastlarımız 7 qızıl medalla Vətənə qayıtdılar

Gimnastlarımız 7 qızıl medalla Vətənə qayıtdılar

İdman

24 Oktyabr 2023, 08:08

Bolqarıstanın Varna şəhərində akrobatika gimnastikası üzrə keçirilən 31-ci Avropa çempionatında uğurla çıxış edən Azərbaycan yığması Vətənə qayıdıb.

 

Modern.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Azərbaycan gimnastları turniri 7 qızıl, 2 gümüş medalla başa vurublar.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə