Modern.az

Qaribaşvili Paşinyanla regionu müzakirə etdi 

Qaribaşvili Paşinyanla regionu müzakirə etdi 

Dünya

26 Oktyabr 2023, 15:02

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Qaribaşvili “X”də yazıb.

 

Görüş Tbilisidə keçirilən IV İpək Yolu Beynəlxalq Forumu çərçivəsində baş tutub. O, N.Paşinyanla ikitərəfli və regional əməkdaşlığı, həmçinin regional məsələləri müzakirə etdiyini bildirib.

 

Qaribaşvili ölkəsinin regiondakı sülh prosesinə töhfə verməyə hazır olduğunu qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var