Modern.az

"Zirə" evdə "Səbail"lə heç-heçə etdi

İdman

28 Oktyabr 2023, 18:15

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

 

Modern.az xəbər verir ki, günün ilk matçında “Zirə” “Səbail”i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Qonaq komandanın heyətində Pedro Nuno dubl edib. Meydan sahiblərində isə İssa Cibrila və Rüstəm Əhmədzadə fərqlənib.

Qeyd edək ki, günün digər görüşündə “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək. Oyun saat 19:00-da start götürəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə