Modern.az

“Real Madrid” “Barselona”nı məğlub etdi

“Real Madrid” “Barselona”nı məğlub etdi

İdman

28 Oktyabr 2023, 22:24

“Real Madrid” futbol klubu İspaniya çempionatının 11-ci turu çərçivəsində səfərdə "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.

 

Modern.az xəbər verir ki, hesabı 6-cı dəqiqədə “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan açıb. İkinci hissədə "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem dubla imza atıb (68, 90+2).

 

Beləliklə, "Barselona" mövsümdə ilk məğlubiyyətini alıb, buna qədər komanda 13 matçda məğlub olmamışdı. “Real Madrid” isə məğlubiyyətsizlik seriyasını 7 oyuna çatdırıb.

 

"Real" İspaniya çempionatının turnir cədvəlinə 28 xalla başçılıq edir. “Barselona” 24 xalla üçüncü pillədə qərarlaşıb.

 

Növbəti turda “Real Madrid” noyabrın 5-də “Rayo Valyekano”nu qəbul edəcək, “Barselona” isə bir gün əvvəl səfərdə “Real Sosyedad”la qarşılaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə