Modern.az

Bakıda tozun miqdarı normadan yüksək olacaq

Bakıda tozun miqdarı normadan yüksək olacaq

Aktual

28 Oktyabr 2023, 23:25

Bu gün Bakı şəhəri və Abşeron yarımadasında səhər saatlarından başlayaraq havada toz müşahidə olunur.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən, havada tozun miqdarı 1,6 dəfə normadan yüksək olub.

 

Müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar lokal xarakterlidir və bu cür hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə