Modern.az

İsrail “qırmızı xətləri” keçib - Rəisi

İsrail “qırmızı xətləri” keçib - Rəisi

Aktual

29 Oktyabr 2023, 10:32

İsrail hər kəsi hərəkətə keçməyə vadar edəcək “qırmızı xətləri” keçib.

 

Modern.az xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi sosial şəbəkədə yazıb.

 

“Sionist rejimin cinayətləri hər kəsi hərəkətə keçməyə vadar edəcək qırmızı xətləri keçib. Vaşinqton bizdən heç nə etməməyi istəyir, ancaq onlar İsrailə geniş dəstək verməkdə davam edirlər. ABŞ Müqavimət Oxuna (İranın rəhbərlik etdiyi qeyri-rəsmi anti-Qərb ittifaqı – red.) mesajlar göndərib, döyüş meydanında isə aydın cavab alıb”, - Rəisi qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə