Modern.az

Tovuzda mal-qara oğrusu saxlanıldı - FOTO

Tovuzda mal-qara oğrusu saxlanıldı - FOTO

Aktual

30 Oktyabr 2023, 10:08

Tovuz Rayon Polis Şöbəsinə rayonun Azaflı kənd sakininə məxsus tövlədən ümumi dəyəri 7628 manat olan 31 baş xırda buynuzlu heyvanın oğurlanması barədə məlumat daxil olub.

 

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev maddi sübutlarla birlikdə saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə