Modern.az

Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçirilir

Parlamentdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmə keçirilir

Parlament

31 Oktyabr 2023, 11:00

Milli Məclisdə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmə keçirilir. 


Modern.az xəbər verir ki, ictimai dinləmə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə keçirilir. 


Qeyd edək ki, iclasda AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, akademik İsa Həbibbəyli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərov və digər qonaqlar iştirak edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə