Modern.az

Vətəndaşlar xeyli sayda silahı təhvil veriblər - DİN

Vətəndaşlar xeyli sayda silahı təhvil veriblər - DİN

Aktual

2 Noyabr 2023, 09:34

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların xeyli sayda qanunsuz saxlanılan odlu silahları təhvil verdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

 

O qeyd edib ki, artıq bir neçə gündür vətəndaşlar gizlədilən döyüş silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verir, yaxud ünvanları göstərirlər.

 

"Proses dünən də davam edib, xeyli silah-sursat təhvil verilib. Təqdirəlayiq haldır. Çağırışımıza ehtiramla yanaşan vətəndaşlara təşəkkür edirik", - E.Hacıyev vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə