Modern.az

Lerikdə sakinlərdən sənədsiz ov tüfəngləri götürüldü

Lerikdə sakinlərdən sənədsiz ov tüfəngləri götürüldü

Aktual

2 Noyabr 2023, 17:57

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxslərdən 2 ədəd "İj" və 1 ədəd "TOZ" markalı ov silahı aşkarlanaraq götürülüb.

 

Faktlar üzrə Lerik RPŞ-də müvafiq araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə