Modern.az

Fərid Səfərlidən XƏBƏR VAR

Fərid Səfərlidən XƏBƏR VAR

Aktual

2 Noyabr 2023, 19:21

İranda casusluq ittihamı ilə 2 il həbs cəzası verilmiş Fərid Səfərli ilə bağlı hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə F.Səfərlinin anası Dilarə Əsgərova “Qafqazinfo”ya bildirib.

 

O deyib ki, İranın yuxarı instansiya məhkəməsi şikayəti təmin etməyib.

 

Qərara əsasən, F.Səfərli barəsindəki hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. 

 

D.Əsgərova qeyd edib ki, oğlunun və vəkilinin məhkəmədə iştirakı təmin edilməyib. Onların məlumatı olmadan qərar qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə