Modern.az

Qubad İbadoğluya görə saxlanılan alimin həbsi uzadıldı

Qubad İbadoğluya görə saxlanılan alimin həbsi uzadıldı

Aktual

17 Noyabr 2023, 12:56

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova qərar qəbul edib.

 

İş üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar F.Qasımovun həbsdə saxlama müddəti 3 ay uzadılıb.

 

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə