Modern.az

Şəkidə iki nəfəri sahibsiz it dişlədi

Şəkidə iki nəfəri sahibsiz it dişlədi

Hadisə

7 Dekabr 2023, 23:10

Şəkidə iki nəfəri sahibsiz it dişləyib.

 

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında iki nəfər Şəki şəhər sakini, 50 yaşlı Yaşar Şahid oğlu Kaşiyev və rayonun Oxut kənd sakini Seyidəmi Üzeyir oğlu Abdullayev it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar.

 

Onlara xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvən vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə