Modern.az

Azərbaycanda yenidən zəlzələ oldu (YENİLƏNİB)

Azərbaycanda yenidən zəlzələ oldu (YENİLƏNİB)

Hadisə

8 Aprel 2026, 18:28

Xəzər dənizində 3.5 maqnitudal zəlzələ baş verib.

Bu barədə Modern.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Yerli vaxtla 18:11-də qeydə alınan yeraltı təkan 51 km dərinlikdə baş verib.

****

Xəzərdə daha bir zəlzələ olub.

Bu barədə Modern.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.

3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.

****

13:12

Xəzərdə zəlzələ qeydə alınıb.

Bu barədə Modern.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.

Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.

***

Bəzi cənub rayonlarında zəlzələ hiss olunub.

Modern.az xəbər verir ki, yeraltı təkanlar saat 13:07 radələrində, təxminən 4 bala yaxın hiss edilib.

Yeraltı təkanlar Astara, Lənkəran və digər cənub rayonlarında hiss olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?