Modern.az

"Səkkiz qadın" (fotolar)

"Səkkiz qadın" (fotolar)

21 Aprel 2010, 16:00

Aprelin 21-də Azərbaycan Dillər Universitetində (ADU) ADU-nun I kurs tələbələrinin ifasında məşhur fransız dramaturqu Rober Tomanın “Səkkiz qadın” əsərinin İngilis dilində səhnələşdirilmiş tamaşasının nümayişi olub. Tamaşa Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadənin təşkilatçılığı və kafedranın əməkdaşı Günel Qasımovanın bədii rəhbərliyi ilə səhnələşdirilib. Modern.az xəbər verir ki, tamaşadan öncə ADU-nun  rektoru, millət vəkili, professor Səməd Seyidov iştirakçıları salamladıqdan sonra universitetdə keçirilən tədbirlər barədə danışıb. Rektor tələbələrin öz istedadlarını müxtəlif sahələrdə inkişaf etdirdiyini deyib və öyrəndikləri dilin tarixini, mədəniyyətini, adət-ənənələrini araşdırmağın əhəmiyyətli olduğunu vurğulayıb, universitetdə yalnız dilin deyil, mədəniyyətin də öyrədildiyini söyləyib. Tədbirin təşkilatçısı professor Gülnar Hüseynzadə dilin daşıyıcısı olan xalqın mədəniyyətinə yiyələnməyin zəruriliyini, dil və mədəniyyəti bir arada öyrənməyin vacibliyini qeyd edib. Daha sonra söz alan Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbəri, xalq artisti, rejissor Azərpaşa Nemət  çıxışında Dillər Universitetində bütün mədəniyyət növlərinin bir araya gəlməsindən və  hər növ incəsənət sahəsinin   mövcudluğundan zövq aldığını bildirib.  Sonra tamaşanın nümayişi olub.

Tədbirdə millət vəkilləri, müxtəlif səfirliklərin nümayəndələri, Mədəniyyət və İncəsənət universitetinin I kurs tələbələri və  universitetin professor-müəllim heyəti iştirak edib.

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?