Modern.az

Ukraynalıları hərbi xidmət üçün deportasiya etməyəcəyik - Alman nazir

Ukraynalıları hərbi xidmət üçün deportasiya etməyəcəyik - Alman nazir

Dünya

22 Dekabr 2023, 12:32

Almaniya ukraynalıları hərbi xidmət üçün deportasiya etməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın ədliyyə naziri Marko Buşman DPA-ya bildirib.

 

"Biz insanları öz iradəsinə zidd olaraq hərbi çağırışa və ya hərbi xidmətə məcbur etməyəcəyik. Biz Ukraynadan daha çox insanın işə getməsini və müavinətlə dolanmamasını təmin etməyə çalışırıq", - o, ukraynalıların xaricdən hərbi xidmətə çağırılması ilə bağlı son məlumatları şərh edib.

 

Qeyd edək ki, bundan əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov xaricdəki kişi cinsindən olan vətəndaşların çağırılması ilə bağlı açıqlama vermişdi.

 

Nazirlik Umerovun sözlərinin yanlış şərh edildiyini və xaricdəki ukraynalıları orduya çağırmağı planlaşdırmadıqlarını bildirmişdi.

Bu xəbər ilə bağlı
Ukrayna xaricdəki kişi vətəndaşlarını döyüşməyə ÇAĞIRIR
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi