Modern.az

Ukrayna xaricdəki kişi vətəndaşlarını döyüşməyə ÇAĞIRIR

Ukrayna xaricdəki kişi vətəndaşlarını döyüşməyə ÇAĞIRIR

Dünya

21 Dekabr 2023, 11:57

"Ukraynanı tərk etmiş və hərbi xidmətə yararlı olan kişilərdən gələn il çağırış mərkəzlərinə müraciət etmələrini istəyirik".

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov "WELT TV"-yə bildirib.

 

Lakin o, bəzi sanksiyaların da tətbiq oluna biləcəyini açıqlayıb: "Onlar könüllü gəlməsələr nə baş verəcəyini hələ də müzakirə edirik".

 

Xatırladaq ki, bu yaxınlarda Ukrayna Ali Radasının xalq deputatı Maryana Bezuqlaya xaricə gedən və vətəndaşlığını qaytarmayanların səfərbərlikdən məhrum edilməsi ideyasını nəzərdən keçirməyi təklif etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır