Modern.az

Üç ayda Azərbaycanda 13900 nəfər ölüb

Üç ayda Azərbaycanda 13900 nəfər ölüb

22 Aprel 2010, 20:32

2010-cu il aprel ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı ilin əvvəlindən 25 min nəfər və yaxud 0,3 faiz artaraq 9022 min nəfərə çatıb. Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirlib. Əhalinin 54,1 faizi şəhər, 45,9 faizi kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, hər 1000 nəfər kişiyə 1039 nəfər qadın düşür. Əhalinin 23 faizi 0-14 yaşda, 70 faizi 15-64 yaşda, 7 faizi 65 və daha yuxarı yaşda olanlardır. 14-29 yaşda olan gənclər ölkə əhalisinin 31,2 faizini təşkil edir. Əhalinin orta yaşı 32, yeni doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaş təşkil edir. 2010-cu ilin yanvar-mart aylarında Azərbaycanda 38,1 min, gündə təxminən 423 körpə doğulub ki, onların da 53,5 faizini oğlanlar, 46,5 faizini isə qızlar təşkil edir. Yeni doğulanların 346-sı əkiz, 12-si üçəmdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 16,4-dən 17,4-dək artıb. Ölkədə orta hesabla bir qadına bütün ömrü boyu 2,3 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur. Cari ilin birinci rübündə 13,9 min ölüm, 14,2 min nikah və 1,9 min boşanma halları qeydə alınıb, 2009-cu ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə onların sayı eyni səviyyədə qalıb. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş təşkil edir. 2010-cu ilin üç ayı ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 0,5 min nəfərin gəldiyi və 0,2 min nəfərin ölkədən getdiyi qeydə alını. 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?