Modern.az

Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubuna keçdi

Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubuna keçdi

İdman

11 Yanvar 2024, 16:08

“Ramil Şeydayevlə anlaşdıq, sabah bizimlə olacaq”.

 

Modern.az xəbər verir ki, bu sözləri “Kocaelispor” klubunun prezidenti Engin Koyun Türkiyə mətbuatına açıqlamasında deyib.

 

Onun sözlərinə görə, 27 yaşlı hücumçu Tailandın "Buriram Yunayted" klubu ilə müqaviləsinə xitam verəcək: “Ramillə sözləşmənin müddəti 1,5 il olacaq".

 

Qeyd edək ki, “Kocaelispor” Türkiyə II Liqasında XVII turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Ertuğrul Sağlamın başçılıq etdiyi komanda Superliqaya çıxmaq uğrunda mübarizə aparır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə