Modern.az

“Sabah” klubu daha bir futbolçusunu icarəyə verdi

“Sabah” klubu daha bir futbolçusunu icarəyə verdi

İdman

11 Yanvar 2024, 17:50

“Sabah” klubu daha bir futbolçusunu icarəyə verib.

 

Modern.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Camal Cəfərov mövsümün ikinci yarısını Premyer Liqanın başqa klubunda keçirəcək.

 

21 yaşlı oyunçu yüksək liqanın autsayderlərindən olan “Kəpəz”ə icarəyə verilib. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü mövsümün sonuna qədər Gəncə klubunun formasını geyinəcək.

 

Qeyd edək ki, “Sabah” ötən gün digər hücumçusu İldar Alekperovu “Araz-Naxçıvan”a icarəyə verib. Yarımmüdafiəçi Ceyhun Nuriyev isə “Zirə”yə keçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə