Modern.az

Millimizin futbolçusu Türkiyə komandasına keçdi

Millimizin futbolçusu Türkiyə komandasına keçdi

İdman

12 Yanvar 2024, 15:02

Azərbaycan millisinin futbolçusu Sərtan Taşkın Türkiyənin “Manisa” komandasına keçib.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi I Liqa təmsilçisi ilə 1.5 illik müqaviləyə qol çəkib.

 

İmzalanma mərasimindən sonra klubun rəsmi saytına danışan futbolçu bunları deyib: “Manisa”ya keçdiyim üçün xoşbəxtəm. Burada yaxşı işlər görmək istəyirəm. Bunun üçün çox çalışacağam”.

 

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Sərtan Taşkının son klubu “Turan Tovuz” olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə