
Modern.az-ın
məlumatına görə,Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan müsabiqənin qalibləri mükafatlandırılıb. Bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, müsabiqə ən yaxşı məqalə və ən yaxşı televiziya reportajı üzrə aparılıb. Televiziya reportajı üzrə yalnız 3 nəfər müsabiqədə iştirak edib. Ən yaxşı məqalə nominasiyası üzrə 1-ci yeri AzərTAc-ın əməkdaşı İbrahim Məmmədov, 2-ci yeri APA-nın əməkdaşı Könül Cəfərova, 3-cü yeri “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva tutub. Ən yaxşı televiziya reportajı nominasiyasında 1-ci yerə “Azad Azərbaycan”dan Kərəm Ələsgərov, 2-ci yerə AzTV-dən Ramin Qurban, 3-cü yerə İctimai Televiziyanın əməkdaşı Ülviyyə Əvəzova layiq bilinib.
Aytən Əliyeva