Modern.az

Cəmil Həsənlinin gənclərlə görüşü yenə təxirə salındı

Cəmil Həsənlinin gənclərlə görüşü yenə təxirə salındı

Təhsil

27 Sentyabr 2013, 15:46

Milli Şuranın prezidentliyə namizədliyi Cəmil Həsənlinin gənclərlə görüşü yenə baş tutmayıb. Modern.az-ın məlumatına görə, bu gün saat 19:00-da Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçirilməsi planlaşdırılan görüş təxirə salınıb. Buna səbəb bir sıra problemlərin yaranması göstərilir.

Cəmil Həsənlinin gənclərlə görüşü sentyabrın 29-da saat 18:00-da “Bakı” Kinoteatrının (Əhmədli metrosunun yaxınlığında) zalında keçiriləcək.

Anar RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?