Modern.az

Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etmədi

Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etmədi

Təhsil

27 Sentyabr 2013, 16:54


Ali Məhkəmə REAL Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədovun şikayətini təmin etməyib. Modern.az-ın məlumatına görə bu haqda təşkilatın Ali Məclisinin sədri Erkin Qədirli bildirib.  “Məhkəmə İlqar Məmmədovun şikayətini təmin etmədi. Bununla İlqar Məmmədovun namizədliyinin qeydə alınması üçün bütün fürsətlər tükədilmiş oldu”-deyən hərəkat rəsmisi onu da vurğulayıb ki, buna baxmayaraq REAL üçün seçki bitməyib.
“Biz Cəmil Həsənlinin dəstəkləyəcəyik və ona səs verəcəyik”-deyə E.Qədirli qeyd edib.

  Xatırladaq ki, MSK-nın sentyabrın 13-də keçirilən iclasında bildirilib ki, İlqar Məmmədov namizədliyinin qeydə alınması üçün 41247 seçici imzası təqdim edib. Onun imzalarından 4982-si etibarsız hesab edilib. Beləliklə İ.Məmmədov  üçün tələb olunan 40 min seçici imzası bəs etmədiyindən onun prezidentliyə namizədliyini  qeydə almayıblar.  Bundan sonra REAL Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Bakı Apelyasiya Məhkəməsi də İ.Məmmədovun şikayətini təmin etmədiyindən sentyabrın 23-də Ali Məhkəməyə müraciət edilib.  


Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?