ABŞ-ın Azərbaycandakı səfirinin müavini cənab Derek Hoqan 27 sentyabr tarixində Qubaya səfər edib. Səfirlikdən Modern.az-a verlən məlumata görə, Hoqan Quba və regionda seçki qabağı vəziyyətlə tanış olmaq üçün Quba İcra Hakimiyyətinin başçısı Mubariz Ağayev, yerli dairə seçki komissiyalarının nümayəndələri, müstəqil seçki müşahidəçiləri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüb. Görüş vaxtı Hoqan ABŞ hökümətinin Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə göstərdikləri dəstəyi vurğulayıb.
Hoqan, həmçinin, ABŞ-ın Sülh Korpusunun könüllüləri ilə nahar edib, sonra isə o ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən dəstək göstərilmiş Azərbaycan Rəqabətlilik və Ticarət proqramı çərçivəsində Vəlvələ kəndində quraşdırılmış soyuducu ambara da baş çəkib.