Modern.az

Azərbaycan Premyer Liqası dünya reytinqində İRƏLİLƏYİB

Azərbaycan Premyer Liqası dünya reytinqində İRƏLİLƏYİB

İdman

21 Yanvar 2024, 17:12

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı yüksək liqalarını açıqlayıb.

 

Modern.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, "100-lük"də Azərbaycan Premyer Liqası da yer alıb.

 

Ölkə çemponatı 2023-cü ilin yekunlarına əsasən, 429,75 xalla 40-cı olub. Yüksək dəstə 2022-ci illə müqayisədə bir pillə irəliləyib.

 

Qeyd edək ki, İtaliya A Seriyası 1619,5 xalla siyahıya başçılıq edir. İngiltərə Premyer Liqası 1567 xalla ikinci, İspaniya La Liqası 1447 xalla üçüncü sıradadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə