Modern.az

“Salvador Dali” Azərbaycanda - FOTOLAR

“Salvador Dali” Azərbaycanda - FOTOLAR

Aktual

28 Sentyabr 2013, 12:24

Modern.az xəbər verir ki, sentyabrın 27-də Hyatt Regency otelinin Bakı zalında “LA PARFUMERIE” mağazalar şəbəkəsinin təşkilatçılığı ilə “Salvador Dali” və “Parfums Charriol” kimi tanınmış dünya brendlərinin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Fransanın Confinluxe şirkətinin prezidenti Jan-Pyer Qrivori Bakı haqqında təsərrüatlarını konfrans iştirakçıları ilə bölüşüb. “Mən Bakıya ilk dəfədir ki, gəlirəm. Amma buranı çox bəyəndim. Mənə  şəhəriniz haqqında məlumat veriləndə belə təsəvvür etməmişdim. Bura gəlib dünyaca məşhur olan bu ətirlərin təqdimatını keçirmək və azərbaycanlı xanımlarla tanışlıq mənim üçün şərəfdir. Bu ətirlər Azərbaycan hələ Sovet İttifaqının tərkibində olduğu zamanlardan bu yana məşhurdur və brend kimi bütün ölkələrdə tanınır”.   

Jan-Pyer Qrivori tədbirin davamında dünyaca məşhur ətirlər haqda məlumat verib. “1983-cü ildə yaradılan ilk “ART PARFUME” Les Prafums Salvador Dali təsis etdiyim şirkətin bir hissəssidir. Biz burada dünyaca məşhur olan bu brendlərin növlərinin artırılmasına xüsusi diqqət yetirdik. Və bu gün qazandığımız uğurlar bunu bir daha sübut edir ki, “Salvador Dali” ətirləri xanımlarımızı məftun edici bir gücə malikdir”.

Daha sonra Jan-Pyer Qrivori(Mr. Jean-Pierre Grivori)  “Salvador Dali”-nin növləri haqda məlumat verərək, onun özəllikləri  ilə bağlı danışıb.

Salvador Dali incəsənət markasının tarixi yalnız rəssamlıq, ədəbiyyat və ya klassik musiqidən ibarət deyil, bu incəsənətin hər bir əşyada olması deməkdir. Məhz buna görə, o, toxunduğu hər bir əşyanı, o cümlədən ətirləri incəsənət əsərinə bənzətmək qərarına gəlib. Bu gün Les Parfums Salvador Dali ümumilikdə Salvador Dalinin həssaslığından irəli gələn qadın və kişilər üçün 25-dən çox ətirlərdən ibarətdir. Biz düşündük ki, yayın sonudur və xanımlarımız üçün yeni ətir kolleksiyası yaratmalıyıq. Seçdiyimiz “Dali Wild” ətri bir az vəhşi və məftunedici bir gücə mailk ətir növüdür. Parlaq və sırf qadınlar üçün olan bu ətir təlqinedici ağ güllər və nadir ekzotik ağac növləri ilə bol çalarla zənginləşdirilib”.

“Parfums Charrriol” ətirlərinin özəlliyi haqqında məlumat verən Jan-Pyer Qrivori onun İsveçrənin aparıcı lüks zərgərlik məmulatları bendlərindən biri olduğunu söylədi. Orta Şərqin mətin abu havasını özündə əks etdirən Charriol kolleksiyası ən yüksən keyfiyyətə malikdir və bəzi ətirlərlə bərabər Ərəb kral ailələri və dünyanın ən mötəbər ətir sevərləri tərəfindən istifadə olunur. Bu ətir kolleksiyası mütəxəssis tərəfindən yaradılan zinət əşyalarında tətbiq edilən istedad və parlaqlığı özündə əks etdirir. Charriol kolleksiyasının əsas ətirlərinə Charriol Royal White, Charriol Pour Homme və Charriol Royal Platinum daxildir.

2013-cü ilin mayında Charriol evi kişilər üçün də yeni ətir-Royal White adlı ətri nümayiş etdirdi. Bu ətir Royal kolleksiyasın aiddir və səxavətli və estet bir insandan ilham alıb. Əvvəlcədən kişilər üçün nəzərdə tutulan bu ətir növü sonradan qadınlar arasında da məşhurlaşdı və brend olaraq tanınmağa başladı.


Pərvin Arzuqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır