Modern.az

Nazir polis rəislərindən vətəndaşlarla nəzakətli rəftar tələb edib

Nazir polis rəislərindən vətəndaşlarla nəzakətli rəftar tələb edib

Təhsil

30 Sentyabr 2013, 18:23


Sentyabrın 30-
da Daxili İşlər Nazirliyində "Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam  tapşırıqlarının icrası"nın və "Cinayətkarlıqla mübarizədə bayır xidmətinin rolunun artırılması sahəsində görülən işlərin vəziyyəti"nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, Nazirlik sistemində əməliyyat-xidməti fəaliyyətin təşkilində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. 

Gündəlikdəki birinci məsələ ilə əlaqədar nazir müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev çıxış edib. O deybi ki, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələr üzrə 32 informasiya sistemi yaradılaraq istifadəyə verilib.
«Açıq Hökumətin təşviqinə dair» Milli Fəaliyyət Planına uyğun olaraq, informasiya azadlığı üzrə məsul şəxs müəyyən edilib, habelə Nazirliyin və onun struktur qurumlarının internet saytlarında xidməti fəaliyyətdə şəffaflığın artırılması, vətəndaşların hüquqi maarifləndirilməsi üzrə görülmüş işlər, aidiyyəti qanunvericilik aktları, göstəriləcək elektron xidmətlər barədə məlumatlar yerləşdirilib ki, onlar da vaxtaşırı yenilənir. Planın icrası çərçivəsində 2012-ci ildə və cari ilin 6 ayında Nazirliyin və struktur qurumların rəhbərliyi tərəfindən 8.400, ərazi polis orqanlarının rəisləri tərəfindən 97.018 vətəndaş qəbul edilib. Ümumilikdə, 105 mindən çox ərizə və şikayət nəzarətə götürülərək ətraflı və operativ araşdırılıb.

Gündəlikdəki ikinci  məsələ barədə məruzə ilə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov deyib ki, itimai yerlərdə hüquqpozmaların profilaktikası sahəsində həyata keçirilən tədbirlər çərçivəsində təkcə cari ilin 6 ayında post-patrul xidmətinin əməkdaşları tərəfindən 17 mindən çox şəxs, o cümlədən xırda xuliqanlığa görə 2130 nəfər polis orqanlarına gətirilərək inzibati məsuliyyətə cəlb olunub. Həyata keçirilən bu və digər tədbirlər cinayətkarlıqla mübarizə işinə öz müsbət təsirini göstərmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə ictimai yerlərdə qeydə alınmış cinayətlərin sayı 7,2 faiz azalmışdır.

Hər iki məruzə ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsan və çatışmazlıqlardan danışmış, onların qısa zamanda aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçiriləcəyini bildiriblər.
 
İclasa yekun vuran nazir Ramil Usubov müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edərək qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

Nazir əhali ilə bilavasitə təmasda  olan, polis haqqında ictimai rəyin formalaşdırılmasında mühüm rola malik bayır xidməti əməkdaşlarının asayişin təmin edilməsində, cinayətlərin qarşısının alınmasında və açılmasında, axtarışda olan şəxslərin tutulmasında böyük əməyi olduğunu bir daha xatırladaraq ərazi polis orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını, araşdırmaların gedişinin ciddi nəzarətdə saxlanılmasını, onlarla hər zaman nəzakətli rəftar edilməsini, uçot-intizam qaydalarına ciddi riayət olunmasını, korrupsiya hüquqpozmalarına qarşı kəsərli tədbirlər görülməsini tələb edib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?