Modern.az

Cəmil Həsənli Hafiz Hacıyevin namizədliyinin ləğvini tələb etdi

Cəmil Həsənli Hafiz Hacıyevin namizədliyinin ləğvini tələb etdi

Təhsil

30 Sentyabr 2013, 22:12

/file/articles/2013/09/30/91583.jpg
Modern.az
xəbər verir ki, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Mərkəzi Seçki Komissiyasına məktubla müraciət edib. Müraciətdə deyilir: “28 sentyabr  2013-cü il tarixdə İctimai Televiziyada prezidentliyə qeydə alınmış namizədlərin canlı debatı kimi efirə gedən “Xalq seçir”  verilişində  prezidentliyə qeydə alınmış namizəd Hafiz Hacıyev çıxışında növbəti dəfə qeyri-etik və əxlaqdan kənar formada mənim və namizədliyimi irəli sürmüş “Demokratik Qüvvələrin Milli Şurası”nın ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətini təhqir etmişdir.

O, bu hərəkətləri ilə təkcə məni və “Demokratik Qüvvələrin Milli Şurası”nın ayrı-ayrı üzvlərini təhqir etməmiş, həm də geniş tamaşaçı auditoriyasına da yumşaq desək, hörmətsizlik və etikdan kənar davranış göstərmişdir.

Lakin bütün bunlara baxmayaraq verilişin aparıcısı Hafiz Hacıyevin bu cür hərəkətlərinə imkan yaratmış, onun çıxışını dayandırmağa belə cəhd göstərməmişdir. Belə cəzasızlıq mühitində istədiyi əxlaqdan kənar ifadələrə və hərəkətlərə yol verən bu “namizəd” məni həm də öldürməklə hədələmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası olaraq  qanunla üzərinizə düşən vəzifəni yerinə yetirmək üçün təkidlə xahiş edirəm:

Seçki Məcəlləsinin 88.1-ci, 88.2-ci, 88.7-ci və 113-cü maddələrinə müvafiq olaraq yuxarıda göstərilən hərəkətlərə görə  prezidentliyə qeydə alınmış namizəd Hafiz Hacıyevin qeydiyyatının ləğv edilməsi üzrə müvafiq tədbirlər görə və  onun barəsində hüquq mühafizə orqanlarına müraciət edəsiniz.

Seçki Məcəlləsinin 88.8-ci maddəsinə müvafiq olaraq “Xalq Seçir” verilişinin hazırkı aparıcısı barədə müvafiq tədbir görəsiniz”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?