Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycanda qış vaxtına keçidlə bağlı məlumat verib. Məlumata görə, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Həmin qərara əsasən, bu il oktyabrın 27-də saat 05:00-da ölkə ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
Modern.az