Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli Bakı şəhər İcra Hakimiyyətinin mitinq təklifinə razılıq verib. Bu barədə Modern.az-a Milli Şura üzvü Gülağa Aslanlı məlumat verib.
O bildirib ki, Cəmil Həsənlinin razılığı ilə Milli Şuranın mitinqi oktyabrın 5-də Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda keçiriləcək.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın 6 oktyabr mitinqi ilə bağlı müraciətinə cavab verib. Meriya Milli Şuraya göndərdiyi rəsmi cavabında mitinqin vaxtının ayın 5-ı keçirilməsini təklif edib.
Anar RÜSTƏMOV