Modern.az

Daha bir namizəd prezident seçkisindən geri ÇƏKİLDİ

Daha bir namizəd prezident seçkisindən geri ÇƏKİLDİ

Dünya

31 Yanvar 2024, 16:36

Prezidentliyə öz namizədliyini irəli sürən Anatoli Bataşev Rusiyadakı seçkilərdə iştirak etməmək qərarına gəldiyini bildirib.


Modern.az xəbər verir ki, çərşənbə günü bloger sənədlərini Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına gətirib, lakin təqdim etməyib. O, ən azı 300 min imza toplamalı idi.


"Mən daha irəli getmək istəmirəm. Bəli, biz çox böyük iş gördük, mümkün olmayanı etdik. Yaşıl siyasətçilərin heç biri indiyədək bu qədər irəli getməmişdi. Mən tarixdə Rusiya Federasiyasının prezident seçkilərində iştirak edən ilk yaşıl namizəd oldum”, - Bataşev jurnalistlərə bildirib.

O qeyd edib ki, bu gün qeydiyyat üçün sənədlərin təqdim edilməsi üçün son gündür: “Biz hazır deyilik”, - Bataşev əlavə edib.

Siyasətçi nə qədər imza toplaya bildiyi sualına cavab verməkdən imtina edib.

"Biz texniki cəhətdən uğursuz olduq",- Bataşev vurğulayıb.

Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart.

Hazırda dövlət başçısı postu uğrunda 7 nəfər mübarizə aparır. Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası prezidentliyə dörd namizədi - Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putini qeydə alıb.

Mərkəzi Seçki Komissiyası fevralın 10-dan gec olmayaraq bütün namizədlərin qeydə alınması və ya qeydə alınmasından imtina barədə qərar qəbul etməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə