Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi keçirilən iclasda Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını istefaya göndərmək qərarını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə "The Washington Post” qəzeti mənbələrə istinadən yazır.
Qəzetin yazdığına görə, o, bu qərarı müttəfiqlərə təsir etmək məqsədi ilə verib.
İddiaya görə, Ukrayna prezidenti bildirib ki, ölkə xalqı döyüşlərdən yorulub və müttəfiqlər hərbi yardımın tədarükünü ləngidir. Onun fikrincə, yeni baş komandan vəziyyəti yaxşılaşdıra bilər.
Qəzetin mənbələri onu da bildiriblər ki, ölkə hakimiyyəti Baş Qərargahın yüksək rütbəli əməkdaşlarının tutduqları vəzifələrdən uzaqlaşdırılmasını müzakirə edir.
Nəşr yazır ki, baş komandan vəzifəsinə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırskinin namizədliyi nəzərdən keçirilib.