Modern.az

“Şagirdlərə məcburi şəkildə iş dəftəri aldıran müəllimlər haqda ölçü götürüləcək”

“Şagirdlərə məcburi şəkildə iş dəftəri  aldıran müəllimlər haqda ölçü götürüləcək”

Təhsil

2 Oktyabr 2013, 12:47


“Orta məktəblərdə şagirdlərə iş dəftərləri məcburi şəkildə aldırılırsa, o zaman valideynlər müvafiq hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Qanunvericiliyə əsasən buna dair ciddi ölçü götürüləcək. Belə hallar baş verirsə biz buna qarşı mübarizə aparacayıq”.

Modern.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov iş dəftərlərinin məcburi şəkildə valideynlərə aldırılması məsələsini şərh edərkən deyib. Nazir dərsliklərin paylanmasında olan gecikmələrlə bağlı danışarkən qeyd edib ki, bu, nazirliyinin nəzarətindədir: “Bu prosesə daimi olaraq nəzarət edilir və müvafiq şöbələr - Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon Təhsil şöbələri ilə əlaqə saxlayırıq. Bu problem həll olunub. Əgər valideynlərdə və jurnalistlərdə dərsliklərin paylanmasında problemin olmağı ilə bağlı məlumat varsa, buna operativ reaksiya verməyə hazırıq. 1 milyon 200 mindən çox şagirdin dərsliyi Azərbaycan Respublikası tərəfindən pulsuz təmin olunur”.  

Nazir həmçinin bəzi rayonlarda İcra hakimiyyətləri tərəfindən orta məktəblərə müdaxilələr olması və gələcəkdə orta məktəblərin birbaşa Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsinə aydınlıq gətirib.O qeyd edib ki, Azərbaycan Respublikasının bütün ərazisində “Təhsil haqqında” qanuna əsasən təhsil müəssisələrinin fəaliyyəti eyni şəkildə həyata keçirilir və tənzimlənir.  

Aytən Əliyeva
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?