Modern.az

Bu ölkənin prezidenti vəfat etdi 

Bu ölkənin prezidenti vəfat etdi 

Dünya

4 Fevral 2024, 08:22

Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob fevralın 4-də 82 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun yanında həyat yoldaşı və uşaqları olub.

 

Namibiya prezidentinin ofisi vurğulayıb ki, həkimlər qrupu prezidentin sağalmasını təmin etmək üçün əlindən gələni edib, lakin mütəxəssislərin bütün səylərinə baxmayaraq ölkə başçısı dünyasını dəyişib.

 

Namibiyanın vitse-prezidenti, hazırda isə dövlət başçısı vəzifəsini icra edən Nangolo Mbubanın imzaladığı nekroloqda deyilir: “Xalq görkəmli xidmətçisini, azadlıq mübarizəsinin simvolunu, konstitusiyamızın baş memarını və Namibiya evinin sütununu itirdi”.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə