Modern.az

HAMAS-ın 17 taboru məhv edilib - Netanyahu

HAMAS-ın 17 taboru məhv edilib - Netanyahu

Dünya

4 Fevral 2024, 17:37

İsrail Ordusu HAMAS-ın Qəzza sektorundakı 24 taborundan 17-ni məhv edib.

 

Modern.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün İsrail Baş naziri Binyamin Netanyahu hökumətin iclasında bildirib.

 

Baş nazir deyib ki, əsas məqsəd HAMAS-ı məhv etməkdir: “Bu məqsədə çatmaq üçün ilk öncə HAMAS-ın taborlarını məhv etmək lazımdır. HAMAS-ın taborlarının əksəriyyəti hazırda Qəzza sektorunun cənubunda və Rafahdadır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə