6 fevral 2023-cü ildə Türkiyədə baş verən zəlzələnin ildönümündə Hatay və Osmaniye vilayətlərindı vətəndaşlar küçələrdə gecələyib.
Modern.az xəbər verir ki, vətəndaşlar axşam saatlarından etibarən küçələrə axışıb.
Onlar fevralın 6-na keçən gecə yaşadıqlarından danışışıb, zəlzələ qurbanlarının ruhlarına dualar oxuyublar.
Ötən il fevralın 6-da Türkiyə tarixinin ən böyük fəlakəti ilə qarşılaşdı. Həmin tarixdə baş verən və əsrin fəlakəti olaraq qiymətləndirilən dağıdıcı zəlzələlərdən bir il ötür.
Mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan bu yeraltı təkanların şiddəti 500 atom bombası gücünə bərabər hesablanıb. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.