Modern.az

Avropa İttifaqı Azərbaycandakı seçki ilə bağlı BƏYANAT yaydı

Avropa İttifaqı Azərbaycandakı seçki ilə bağlı BƏYANAT yaydı

Təhsil

3 Oktyabr 2013, 16:19


Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin birlikdə yaydıqları press-relizdə Azərbaycanda KİV, vətəndaş cəmiyyətləri və müxlaifətə olan təzyiqlərdən narahat olduqlarını bildiriblər.

  Modern.az xəbər verir ki, ali nümayəndə və komissar Azərbaycanda baş verən son hadisələrin seçkiqabağı dövrə, insanların hüquqlarına və ölkədəki siyasi vəziyyətin azadlığına təsir etməsindən narahat olduqlarını bildiriblər. 

“Dinc seçkiqabağı mühiti və seçkilərə texniki baxımdan yaxşı hazırlaşmağı nəzərə alaraq Aİ müxalifətin aktivliyi, vətəndaş cəmiyyəti və müstəqil KİV-ə olan hədə-qorxu, şübhəli ittihamlarla həbslər, beynəlxalq standartlara və məhkumun haqlarına riayət olunmadan edilən təzyiqlərdən narahatdır.  
Aİ gözləyir ki, Azərbaycan höküməti bu sahədə götürdüyü öhdəliklərə uyğun olaraq sürətli, ədalətli və şəffaf istintaq və hüquqi prosedurları həyata keçiricək. Bu? 9 oktyabrda azad və ədaələtli seçkilərin keçrilməsi üçün əlverişli şəraitin təmin edilməsi baxımından vacibdir. Çox vacibdir ki, plüralizm üçün yaradılan məkan seçki prosesi zamanı müdafiə edilsin.  
Aİ Azərtbaycan insan haqları ilə bağlı fərdi halları və vəziyyəti izləməyə davam edəcək və beynəlxlaq öhədiliklərin yerinə yetirilməsində Azərbaycana dəstək verməyə hazırdır”.  

Aytən ƏLİYEVA
 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?