Modern.az

Rəsul Quliyev: “İndiyədək ABŞ vətəndaşlığı almamışam”

Rəsul Quliyev: “İndiyədək ABŞ vətəndaşlığı almamışam”

Təhsil

3 Oktyabr 2013, 16:45

Milli Şura sədri Rüstəm İbrahimbəyovdan sonra uzun illərdir Amerikada mühacirətdə olan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin də ikili vətəndaşlığa malik olması haqda xəbərlər yayılır. 20 ildir okeanın o tərəfində  mühacirət həyatı yaşayan eks-spikerin Birləşmiş Ştatlardan vətəndaşlıq alması ilk baxışdan inandırıcı görünsə də, onun hələ Azərbaycan vətəndaşı olması da istisna edilmir.

Xəbərlərə inansaq Rəsul Quliyev cibində həm Azərbaycan, həm də ABŞ pasportu gəzdirir.

Eks-spikerlə əlaqə saxlayaraq məlumatı dəqiqləşdiməyə çalışdıq. R.Quliyev Modern.az-a açıqlamasında ABŞ vətəndaşı olmadığını bildirib.

Qeyd edib ki, 20 ilə yaxın Amerikada yaşasa da o, vətəndaşlıq almaq üçün heç bir quruma müraciət etməyib.

“Mən ABŞ vətəndaşlığını almaq üçün heç yerə müraciət etməmişəm”-deyə R.Quliyev vurğulayıb.

Maraqlıdır, bəs Rəsul Quliyev Amerikada hansı statusla yaşayır.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?