Modern.az

Ermənistan Rusiyaya 500 milyonluq borcunu qaytaracaq

Ermənistan Rusiyaya 500 milyonluq borcunu qaytaracaq

Təhsil

3 Oktyabr 2013, 17:04

Ermənistan Rusiyadan götürdüyü 500 milyon dollarlıq kreditin əsas hissəsini vaxtından əvvəl ödəmək qərarına gəlib. Modern.az erməni KİV-lərinə istindən xəbər verir ki, Ermənistan hökümətinin iclası zamanı kredin əsas hissəsini və onun üzərinə düşən illik faizi ödəmək üçün 440 milyon dollar vəsaitin ayrılması barədə qərara gəlib.

Kreditin ödənməsi üçün Ermənistan hökümətinin sentyabrın 18-də dövriyyəyə buraxdığı 700 milyon dollarlıq avrobondların hesabına başa gələcək.

Xatırladaq ki, Rusiya 2009-cu ildə Dünya İqtisadi böhranı zamanı Ermənistan iqtisadiyyatını defoltdan xilas etmək üçün 15 il müddətinə nəzərdə tutulan 500 milyon dollarlıq kredit ayırmışdı. Ermənistanin müxalifət mətbuatı bunu Rusiya-Ermənistan münasibətlərinin korlanması ilə izah edib.  

Vüqar İSMAYILOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?